Çempionatımızın bürünc mükafatçısı karyerasını bitirdi - FOTO
22.08.2012 - 11:07
Çempionatımızın bürünc mükafatçısı karyerasını bitirdi - FOTO
“İqtisadçı” daha bir voleybolçunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, son 2 ildə universitet komandasının şərəfini qoruyan və 2010/2011-ci ildə onların bürünc medal qazanmasında böyük pay sahibi olan Tayyubu Xaneef-Park karyerasını bitirdiyini rəsmən açıqlayıb.

ABŞ millisinin heyətində London Yay Olimpiya Oyunlarında gümüş mükafata sahib olan 33 yaşlı hücumçu artıq ailəsinə vaxt ayırmağın zamanının çatdığını deyib.

Qeyd edək ki, son 2 mövsümdə Super Liqamızın ən hündür boylu voleybolçusundan (200 sm) öncə Kristina Fernanda Ferreyra (Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan), Marina Katiç (Xorvatiya) və Kristina Pastulova (Çexiya) “İqtisadçı”dan ayrılmışdılar.

Onların əvəzinə isə tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Vanna Buakeva və amerikalı Nansi Metkalf transfer olunmuşdu.