Yay yuxusunda
22.08.2012 - 13:20
Azərbaycanı CEV kubokunda təmsil edəcək “Bakı” yeni mövsümdə dağılmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, son mövsümdə Super Liqanın bürünc mükafatını qazanan və “Çelenc Cup”ın finalına kimi irəliləyən paytaxtın eyni adlı klubunun gələcək fəaliyyəti sual altına düşüb.
2012/2013 mövsümü üçün bütün klublarımız yeni transfer edərək, artıq hazırlığa start versə də, “Bakı” hələ “yay yuxusu”ndan ayılmayıb. Belə ki, amerikalı Reqan Hud, İtaliya millisinin üzvü Rafaella Kalloni, onun həmyerlisi, məşqçi Marko Qaspar, Hollandiya yığmasının voleybolçusu Quinta Stenbergen və braziliyalı Renata Kolombonun komandanı tərk etməsindən sonra daha bir oyunçu onlarla vidalaşmağa qərar verib.
“Bakı” bu dəfə Keti Katerin köməyindən məhrum olub. Amerikalı legioner özünə yeni iş yeri də tapıb. O, İsveçrənin “Volero” komandası ilə razılığa gələrək, 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, hələ heç bir voleybolçu ilə razılığa gəlməyən “Bakı”nın baş məşqçisi Ancello Vercesi də komandadan yeni təklif almayıb.

0
0