Gəncədə Kubok Turu ilə bağlı konsert - FOTOSESSİYA
27.08.2012 - 09:30
Gəncədə Kubok Turu ilə bağlı konsert - FOTOSESSİYA
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının oyunları ilə əlaqədar Gəncə şəhərinin Azadlıq meydanında keçirilən konsert tamaşaçılarının böyük marağına səbəb olub. Apasport.az saytının məlumatına görə, FİFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kubokun Kubok Turuna həsr olunmuş möhtəşəm konsert proqramında Çingiz Mustafayev, Tural Süleymanov, Daşqın, "Odlar Yurdu" Dövlət Rəqs Ansamblı kimi tanınmış ifaçılar və rəqs qruplarının çıxışları ilə yanaşı, konsert qonaqları üçün üz rəngləmə müsabiqəsi və futbol viktorinası keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. Meydanda bilet satışı nöqtəsi təyin olunub və çempionatın oyunları haqqında məlumat verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Zeynalov konsert proqramında iştirak edib, Yerli Təşkilat Komitəsinin üzvlərinə konsertin təşkilati işlərində kömək və dəstək göstəriblər.

Qeyd edək ki, Kubok Turunun növbəti konserti avqustun 27-də Sumqayıt şəhərində keçiriləcək.

Mənbə: affa.az