Azərbaycan çempionundan baş məşqçisinə gözlənilməz jest - FOTO
27.08.2012 - 13:17
Azərbaycan çempionu “Rabitə” baş məşqçisi Marçello Abbondanzaya jest edib. Apasport.az saytının məlumatına görə, hazırda Bolqarıstan millisinin düşərgəsində olan italiyalı mütəxəssisin ad günü onun yoxluğunda da qeyd olunub.
Belə ki, Bakıda Abbondanzanın köməkçilərinin rəhbərliyi altında hazırlıqlara start verən “Rabitə” kollektivi məşqə qeyri-adi şəkildə başlayıb. Onlar meydana əllərində baş məşqçinin ad günü üçün hazırlanmış xüsusi tortla çıxıblar. Həmin tortun üzərində “Rabita Baku Marcello” sözləri əks olunub. Bununla da baş məşqçiyə sevgi nümayiş edilib.
Qeyd edək ki, Abbondanzanın 42 yaşı tamam olub.

0
0