Rəqibimiz Ukraynada çempion oldu
30.08.2012 - 10:16
Qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi Belarus Ukraynada keçirilən beynəlxalq turnirin qalibi adını qazanıb. Apasport.az saytının məlumatına görə, Viktor Qonçarovun rəhbərlik etdiyi komanda keçirdiyi 3 görüşdən 2-ni qələbə ilə başa vurub.
Belə ki, belaruslular Rusiya “Proton”unu 3:2 (19:25, 25:21, 25:19, 20:25, 15:11) hesabı ilə məğlub etsələr də, Ukrayna “Ximik”inə eyni hesabla (2:3; 25:20, 25:27, 25:27, 33:31, 13:15) uduzublar. Buna baxmayaraq, son matçda ev sahiblərinin millisinə 3:0 (27:25, 25:22, 25:23) hesabı ilə qalib gələn rəqibimiz 1-ci yeri tutub. Burada “Ximik”in Ukraynaya məğlub olması həlledici rol oynayıb.
Qeyd edək ki, millimizin qrupunda Belarusla yanaşı, Avstriya və Finlandiya yığmaları da qərarlaşıb.

0
0