“Azərbaycan yığması peşəkərlardan qurulub”
31.08.2012 - 11:16
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə 77:95 hesabı ilə uduzan Lüksemurq yığmasının baş məşqçisi Frank Baum oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis məğlub olmayaraq, yetirmələrindən razı qalıb.
“Çırtdan ölkə”nin çalışdırıcısı bildirib ki, Azərbaycan millisi yüksək səviyyəli basketbolçulardan təşkil olunub: “Mən 3 ildir ki, bu komandanı yığmışam. Əsas odur ki, onlar indi bir-birini lazımınca başa düşür və əzimkar oyun nümayiş etdirirlər. Bu, proqramımızın bir hissəsidir və mən buna sevinirəm. Ancaq baş məşqçi kimi hiss edirəm ki, basketbolçularım üzərlərindəki stressi də atmaqla yanaşı, səbrli də olmalıdırlar. Azərbaycan yığmasına gəlincə, onlar çox peşəkər basketbolçulardan qurulublar və əla oyun göstərirlər. Bu nəticədə də özünü göstərdi”.

0
0