Rusiya klubu Bakıda yığmamızı yenə məğlub etdi
01.09.2012 - 12:31
Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda hazırlıq keçən “Uraloçka” ilə növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisinə son matçda uduzan yığmamız bu dəfə də eyni aqibəti yaşayıb.
Yekaterinburq təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, qələbə sayında Faiq Qarayevin yetirmələrini qabaqlayıb. Çünki komandamız ilk matçda rəqibini məğlub etsə də, ardıcıl 2 oyundur uduzur.
Qeyd edək ki, millimiz bu gün “Uraloçka” ilə sonuncu matçını keçirəcək.

0
0