10-cu transfer
02.09.2012 - 13:57
10-cu transfer
Bakının “İqtisadçı” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, universitet komandası Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq və Vanna Buakevanın ardından Tailand millisinin 7-ci voleybolçusu – Nutsara Tomkomun da keçidini həll edib.

Son 2 mövsümü “Azərreyl”də keçirmiş toppaylayıcı yeni mövsümdə də Azərbaycan Super Liqasında oynayacaq. “İqtisadçı” “dəmiryolçular”la “Çelenc Cup”ı qazanan 27 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalayıb. Bununla da CEV kubokuna qatılacaq paytaxt təmsilçisində oyunçuları sayı 10-a çatıb.

Qeyd edək ki, “İqtisadçı” asiyalılarla yanaşı, Elina Abbasova, İndira Abdullayeva (hər ikisi Azərbaycan) və Nansi Metkalfla (ABŞ) razılığa gəlib.