“Hələ heç nə itirilməyib”
03.09.2012 - 10:38
“Hələ heç nə itirilməyib”
“Oyun əvvəldən sona kimi çox gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu basketbol üzrə Azərbaycan millisinin məşqçisi Elşən Yusubov deyib.

Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana 77:94 hesabı ilə uduzduqları matça münasibət bildirən Yusubovun sözlərinə görə, qələbəyə rəqibin oyuna fəal başlaması mane olub: “Bolqarlar matça çox fəal başladılar və 14 xal topladılar. Biz isə çox səhvlərə yol verdik. Bunun üzün rəqib öz sözünü deyə bildi və biz tez yorulduq. Düzdür, komandamız sona kimi mübarizə apardı. Yekunda fərq o qədər də böyük olmadı. Hazırda məğlubiyyəti unudub, İsveç millisi barədə oyunu düşünməliyik. Hələ heç nə itirilməyib”.