Nikolovdan Azərbaycan yığmasına zərbə
03.09.2012 - 11:31
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – Azərbaycan matçının ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın bombardiri adına Xristo Nikolov layiq görülüb.
Bolqarıstan millisinin aparıcı basketbolçusu 26 xal toplayıb. Azərbaycan yığmasının heyətində isə Çarlz Devis məhsuldarlığı ilə seçilib. Amerikalı legioner komandamıza 19 xal qazandırıb. Ondan əlavə, Aleksandr Rındin 17, Orxan Aydın 16, Rasim Başak 11, Fuad Niftəliyev 9, Zaur Paşayev 3 və Amil Həmzəyev 2 xala sevinib.
Qeyd edək ki, matç bolqarların 94:77 hesablı qələbəsi ilə yekunlaşıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0