“İnanıram ki, Azərbaycan – İsveç oyununda təmiz mübarizə gedəcək”
03.09.2012 - 12:26
Basketbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Rozen Barçovski Azərbaycan yığması ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis vacib qələbə qazandıqları üçün sevincli olduğunu bildirib.
Onun sözlərinə görə, növbəti turda Azərbaycan – İsveç matçında ikincilər məğlub olmasalar mərhələ keçmək şansları olacaq: “Biz Azərbaycana qarşı çox yaxşı oynadıq. Təəssüf edirik ki, rəqibin bir neçə asan atışlarına mane ola bilmədik. Komandamıza bir qədər istirahət lazımdır. Biz bu oyuna hazırlaşmışdıq və bilirdik ki, qarşılaşmanın sonlarında daha yorğun olacağıq. Hər xal bizim üçün çox vacib idi. Nəticə də yaxşıdır. İndi bizə 2 qələbə lazımdır ki, mərhələ iddiasını saxlayaq. İnanıram ki, Azərbaycan – İsveç oyununda təmiz mübarizə gedəcək”.
Qeyd edək ki, matç 94:77 hesabı ilə Bolqarıstan millisinin xeyrinə başa çatıb.

0
0