Azərbaycana qalib gəldi, istefa ərizəsi yazdı - FOTO
03.09.2012 - 16:31
Azərbaycana qalib gəldi, istefa ərizəsi yazdı - FOTO
Kişi basketbolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi Rozen Barçovski istefa verib. Apasport.az saytının məlumatına görə, Avro-2013-ün seçmə mərhələsində Azərbaycan milli komandasını 94:77 hesabı ilə məğlub etdikdən sonra mütəxəssis bununla bağlı ərizəsini yerli federasiyaya təqdim edib.

Barçovski ərizəsində bildirib ki, seçmə mərhələnin son 2 oyununda da iş başında olacaq və nəticədən asılı olmayaraq, yığmadan gedəcək: “Sentyabrın 5-də Almaniya, 3 gün sonra Lüksemburqla oyunlarda da millimizin qələbə qazanması üçün hər şey edəcəm. Komandanən mərhələ keçməsi üçün çalışırıam. Amma istənilən halda bu oyunlardan sonra komandadan ayrılacam”.

Qeyd edək ki, Barçovskinin Bakıdakı ilk oyunda məğlubiyyətdən öncə (73:88) basketbolçularla aralarında problemi yaranmışdı və bolqarlar onların Azərbaycanla matçda xal itirmələrini də məhz bu amillə bağlayırdılar.