Yığmamız üçün 4 avropalı
05.09.2012 - 11:10
Yığmamız üçün 4 avropalı
Avropa Voleybol Konfederasiyası (CEV) Avropa çempionatının seçmə mərhələsini idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Finlandiya, Avstriya və Belarusla görüşləri 4 referiyə tapşırılıb.

Bunlar Yan Hernet (Danimarka), Andrius Steponaviçius (Litva), Tomas Rietfort (Almaniya) və Şefan Bernstromdur (İsveçrə). Onlar Finlandiyada baş tutacaq qrup mərhələsinin I dövrəsində I və II hakim funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, matçlar Salohali şəhərində sentyabrın 7-9-da olacaq.