“Dream Team” hazırdı: Mövsümün bombası Bakıda partladı!!!
07.09.2012 - 15:26
Azərbaycan çempionu “Rabitə” mövsümün transfer bombasını partladıb. Apasport.az saytının əldə etdiyi eksklüziv məlumata görə, paytaxt təmsilçisi dünyanın ən yaxşı voleybolçularından olan Angelina Qrünün keçidini həll edib.
Tacikistanda anadan olan 33 yaşlı voleybolçu uzun illərdir Almaniya millisinin şərəfini qoruyur. 2000-08-ci illərdə ardıcıl 9 dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilən Qrün Azərbaycana Moskva “Dinamo”sundan gəlib. Ötən ilin dekabrında Rusiya təmsilçisinə keçən voleybolçu bunadək “Essen-Borbek” (1990-96), “Münster” (1996-2001), “Modena” (2001-03), “Foppapedretti” (2003-08), “Vakifbank Günəş Sığorta” (2008/09) və “Alemaniya” (2011) klublarının da şərəfini qoruyub.
185 sm boya malik Angelina Bundestimin heyətində Avropa çempionatının gümüş (2011) və bürünc (2003), Qran-Prinin bürünc (2002) mükafatlarını qazanıb.
2005 və 2007-ci illərdə Çempionlar Liqasının qalibi, 2006-cı ildə bürünc mükafatçısı olan voleybolçu 2002 və 2004-cü illərdə CEV kubokunu qazanıb. Bundan başqa, hücumçu 1997-ci ildə Almaniya, 2004 və 2006-cı illərdə İtaliya çempionu tituluna yiyələnib.
Qrünün kolleksiyasında Almaniya Bundesliqasının 3, Rusiya və İtaliya çempionatlarının hərəsinin 1 gümüş medalı var. Almaniyada 1, İtaliyada 3, Rusiyada 1 dəfə ölkə kubokunun sevincini yaşayan “Rabitə”nin yeni transferi Apennin yarımadasında Superkubok da qazanıb.
Qrün Çempionlar Liqasının “Dördlər finalı”nın 2006-cı ildə topu oyuna daxil etmədə ən yaxşısı, 1 il sonra isə ən dəyərli oyunçusu seçilib. 2007-ci ildə Qran-Prinin seçmə mərhələsinin ən yaxşı hücumçusu və ən dəyərli voleybolçusu adına layiq görülən Angelina Avro-2011-də ən yaxşı top qəbuledici nominasiyasının qalibi olub. Rusiya çempionatının və kubokun “Dördlər finalı”nın ən dəyərli oyunçusu adına da məhz “Rabitə”nin yeni transferi layiq görülüb.
Voleybolçu ilə son mövsümdə oynadığı Moskva “Dinamo”su, həmçinin Kazanın eyniadlı komandası və “Azərreyl” danışıqlar aparsa da, almaniyalı seçimində dünya çempionuna üstünlük verib. O, “Rabitə” ilə 1 illik anlaşmaya imza atıb. Bununla, “Arzuların komandası” (Dream Team) tam formalaşıb.
Qeyd edək ki, “Rabitə” Qründən öncə ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələmiş, Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Suzana Sebiç (Serbiya), Aurea Kruz (Puerto-Riko), Madeleyne Montano (Kolumbiya), Yekaterina Zakrevskaya (Belarus) və Aleksandra Fomina (Ukrayna) ilə yeni anlaşma imzalamışdı.

0
0