Azərbaycan yığması Avstriyaya şans vermədi
07.09.2012 - 22:01
Azərbaycan yığması Avstriyaya şans vermədi
Finlandiyada qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin I dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi oyununu Avstriyaya qarşı keçirib. Yığmamız görüşdən qələbəylə ayrılıb – 3:0 (25:17; 25:20; 25:21).

C qrupunda yer alan komandamız ikinci görüşünü sabah Belarusa qarşı keçirəcək.