“İqtisadçı”dan biri də getdi
13.09.2012 - 16:34
“İqtisadçı”dan biri də getdi
“İqtisadçı”nın yeni mövsümdə daha bir voleybolçusunun xidmətindən yararlana bilməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, son 1 ildə universitet komandasının şərəfini qoruyan və titul qazana bilməyən Veronika Brito karyerasında fasilə verməyi qərara alıb.

Belə ki, 26 yaşlı braziliyalı ana olmaq arzusunda olduğu üçün belə addım atıb. O, təxminən 2-3 ildən sonra yenidən oynamağa başlayacaq.

Qeyd edək ki, Bakı təmsilçisi Britodan öncə Tayyubu Xaneef-Park (ABŞ), Kristina Fernanda Ferreyra (Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan), Marina Katiç (Xorvatiya), elina Abbasova (Azərbaycan) və Kristina Pastulova (Çexiya) ilə yollarını ayrılmışdı.

Onların əvəzinə isə həmyerlimiz İndira Abdullayeva, tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Nutsara Tomkom, Vanna Buakeva və amerikalı Nansi Metkalf transfer olunmuşdu.