Təmsilçimiz “Fənərbaxça” və “Srvena Zvezda” ilə üz-üzə
14.09.2012 - 11:55
Təmsilçimiz “Fənərbaxça” və “Srvena Zvezda” ilə üz-üzə
“Azərreyl” hazırlıq planında dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında və Super Liqada çempionluğu hədəfləyən “dəmiryolçular” sentyabrın 14-17-də Polşada Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirdən sonra vətənə qayıtmayacaq.

Alessandro Çiappinin yetirmələri həmin yarışdan sonra “Fənərbaxça” ilə qarşılaşacaq və ardından yenə beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Voleybolçularımız ilk yarışda Polşanın “Tauron”, Serbiyanın “Srvena Zvezda” və Rusiyanın “Dinamo” (Moskva) klubları ilə oynayacaqları halda, Vrotslavda olacaq birincilikdə “Dresdner” (Almaniya), “Fənərbaxça” (Türkiyə) və “İmpel” (Polşa) komandaları ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Bakı təmsilçisinin qüvvəsini sınayacağı ikinci turnir sentyabrın 21-23-də olacaq.