Odina Əliyeva Natalya Məmmədovanı arxada qoydu
15.09.2012 - 10:53
Odina Əliyeva Natalya Məmmədovanı arxada qoydu
Qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsinin Azərbaycan – Finlandiya matçında ən yaxşıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Odina Əliyeva olub.

Voleybolçumuz 18 xalla matçın bombardir adına layiq görülüb. Faiq Qarayevin digər yetirmələrindən – Natalya Məmmədova 12, Ayşən Abduləzimova 9, Anastasiya Qurbanova 8, Yelena Parxomenko və Natəvan Qasımova hərəyə 1 xal qazanıblar.

Finlandiyanın heyətində isə Paulina Vilponen daha yaxşı oyun nümayiş etdirib. Onun 11 zərbəsi komandamız üçün qarşısı alınmaz olub.