“Azərreyl” Polşada darmadağın oldu
15.09.2012 - 11:38
“Azərreyl” Polşada darmadağın oldu
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappininin debütü uğursuz olub. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirdə “dəmiryolçularla” ilə oyunda darmadağınla üzləşib.

Voleybolçularımız Moskva “Dinamo” ilə bacarmayıblar – 0:3. Digər matçda isə “Tauron” (Polşa) “Srvena Zvezda”dan (Serbiya) güclü olub.

I tur
“Azərreyl” - “Dinamo” - 0:3 (21:25, 15:25, 18:25)
“Tauron” - “Srvena Zvezda” - 3:1 (23:25, 25:17, 25:12, 25:15)

Qeyd edək ki, II turda “Srvena Zvezda” - “Azərreyl” və “Tauron” - “Dinamo” oyunları keçiriləcək.