Azərbaycan çempionunun “13-lüy”ü - FOTO
15.09.2012 - 13:42
Son 4 ildə Azərbaycanın dəyişməz çempionu “Rabitə”nin 2012/13 mövsümü üçün heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionları növbəti mövsümdə sərəncamında olacaq 13 voleybolçunun adını açıqlayıb. Onlar 9 ölkəni təmsil edir ki, burada da ən çox oyunçu Serbiyadandır.
Belə ki, komandanın şərəfini yeni mövsümdə toppaylayıcılar İrina Jukova (Ukrayna), Katarzina Skorupa (Polşa), blokçular Foluke Akinradevo (ABŞ), Nataşa Krsmanoviç, Mira Qoluboviç (hər ikisi Serbiya), hücumçular Angelina Qrün (Almaniya), Dobriana Rabadjiyeva (Bolqarıstan), Aurea Kruz (Puerto-Riko), Madeleyne Montano (Kolumbiya), Sanya Staroviç (Serbiya), Yekaterina Zakrevskaya (Belarus), liberolar Suzana Sebiç (Serbiya) və Aleksandra Fomina (Ukrayna) qoruyacaqlar.
“Rabitə” yeni mövsümdə Marçello Abbondanza çalışdıracaq. Ona Pərviz Səmədov, Ziya Rəcəbov, İvan Braqaqni, Marco Monzoni və Fabio Dalla Fina köməklik edəcəklər.
Qeyd edək ki, Bakı təmsilçisini 2012/2013 mövsümdə dünya çempionatı, Çempionlar Liqası və Super Liqa kimi gərgin yarışlar gözləyir.

0
0