Natalya Məmmədova: Güclü olduğumu yenə göstərdim
17.09.2012 - 08:29
Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsində Azərbaycan – Belarus matçının ən yaxşı voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son oyunda 3:0 hesabı ilə qalib gələn yığmamızın heyətində Natalya Məmmədova qəhrəman olub.
Hücumçumuz komandamıza 28 xal qazandırıb. Faiq Qarayevin digər yetirmələrindən – Odina Əliyeva 19, Anastasiya Qurbanova ilə Ayşən Abduləzimova hərəyə 5, Yelena Parxomenka 3, Şəfaqət Həbibova və Natəvan Qasımova hərəyə 1 xal toplayıblar.
Belarusun heyətində isə Marina Tumas daha dəqiq olub. “Azərreyl”in sabiq voleybolçusu 20 xala sevinib.
Qeyd edək ki, qrup mərhələsindən sonra Azərbaycan birbaşa finala, Belarus pley-offa yüksəlib. Avstriya və Finlandiya isə yarışla vidalaşıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0