7 “azərbaycanlı” Çinə divan tutdu - FOTO
17.09.2012 - 15:02
7 “azərbaycanlı” Çinə divan tutdu -  FOTO
Qadın voleybolçular arasında Asiya çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin qızıl medallarını “İqtisadçı”nın 7 oyunçusunun şərəfini qoruduğu Tailand millisi qazanıb.

Onlar Çin yığmasını 3:1 (30:28, 25:27, 25:21, 25:20) hesabı ilə məğlub ediblər. 3-cü yer uğrunda matçda isə Qazaxıstan Vyetnama gücünü göstərib - 3:0 (25:18, 25:20, 25:16).

Bakı təmsilçisinin üzvləri çempionatın ən yaxşılarının müəyyənləşdi 7 nominasiyadan 4-də də birinci olub. Belə ki, yarışın ən dəyərli voleybolçusu seçilən Onuma Sittirak bombardir və ən yaxşı hücumçu (faizlə) adına da layiq görülüb. Daha sonra “Azərreyl”dən “İqtisadçı”ya keçən Nutsara Tomkom ən yaxşı toppaylayıçı olub.

Qeyd edək ki, universitet komandasında Sittirak və Tomkomdan əlavə, Tailand yığmasından Vilavan Apinyaponq, Hyafa Amporn, Pleumjit Zinkaov, Malika Kanzonq və Vanna Buakeva oynayır.