Marçello Abbondanza ilə 4 illik müqavilə
18.09.2012 - 10:19
“Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Bolqarıstan Voleybol Federasiyası ilə yeni anlaşma əldə edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Bolqarıstan millisindəki fəaliyyəti ilə bağlı yeni müqavilənin şərtlərini razılaşdırıb.
Razılaşmaya əsasən, Abbondanza 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının sonuna kimi balkanlıların “sükanı arxası”nda olacaq. Bu isə o deməkdir ki, ötən ildən bu postda çalışan baş məşqçi daha 4 il bu postda qalacaq.
Qeyd edək ki, Abbondanza az öncə Bolqarıstan millisini Avropa çempionatının final mərhələsinə yüksəldib.

0
0