“Verona”dan Azərbaycan çempionatına - FOTO
18.09.2012 - 10:34
“Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Alessandro Çiappini daha bir həmyerlisini komandaya cəlb edib.
Bu, 24 yaşlı hücumçu Alis Lo Kassiodur. Karyerası ərzində yalnız vətənində oynamış 185 sm boya malik italiyalı voleybolçu son mövsümü A2 seriyasında çıxış edən “Cedat 85 San Vito” klubunda keçirib.
Peşəkar karyerasına 2003-cü ildə başlayan Kassio 9 il ərzində “Riotorto” (B2, 2003/2004), “Ravenna” (B2, B1 2004/2006), “Verona” (B1, 2006/2007), “San Dana di Piave” (A2, 2009/2010) və “Lavoro” (A2, 2010/2011) komandalarında oynayıb. Alislə müqavilə 1 illikdir. Kassio Polşada keçirilən Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə yeni klubunda debüt də edib.
Bununla, “Azərreyl”də italiyalı voleybolçuların sayı 3-ə çatıb. Ondan öncə Sara Anzanello və Luna Karokkinin komandada oynayacağı məlum idi.
Qeyd edək ki, “Azərreyl”də voleybolçuların sayı artıq 14-ə çatıb. İtaliyalılardan başqa, Tina Lipiçer (Sloveniya), Anna Qrbaç (Xorvatiya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Milena Radeçka (Polşa), Uilson Ariel, Meqan Hodju (hər ikisi ABŞ), Valeriya Korotenko, Oksana Parxomenko, Polina Rəhimova (hər üçü Azərbaycan) da yeni mövsümdə “dəmiryolçular”ın uğuru üçün çalışacaq.
Yaponiyalı Akiko İno isə “Azərreyl”ə transfer olunsa da, sonrada “Azəryolservis”ə verilib.

0
0