Bakı klubu Polşaya getdi
19.09.2012 - 10:27
Bakı klubu Polşaya getdi
CEV kubokuna hazırlıqlara başlayan “Bakı-Azəryolservis” Polşaya yollanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Pila şəhərində təlim-məşq toplanışı keçəcək.

Voleybolçularımız hazırlıq çərçivəsində beynəlxalq turnirdə də qüvvələrini sınayacaqlar. Aleksnadr Çervyakovun yetirmələri sentyabrın 21-23-də yerli “PTPS Pila” ilə “Lodz” və Türkyənin “Əczaçıbaşı” klubları ilə oynayacaq.

Qeyd edək ki, “Bakı-Azəryolservis”lə yanaşı, “Azərreyl” də Polşadadır.