Jaklin çempionumuza söz atdı - FOTOSESSİYA
20.09.2012 - 10:18
“Çox yaxşı komandamız var. Bizi məğlub etmək hər bir rəqib üçün çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Sollis Nestle” klubunun heyətində Cənubi Amerika çempionu olan Jaklin Karvalyo deyib.
Son 4 ildə Braziliya komandasının şərəfini qoruyan 28 yaşlı təcrübəli voleybolçu oktyabrın 13-19-da Qətərdə keçirilən klublararası dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.
Yığmasının heyətində 2 qat Olimpiya çempionu titulunu qazanan Karvalyo mundialın qrup mərhələsində qarşılaşacaqları analoji yarışın son qalibi “Rabitə” (Azərbaycan) və Asiyanın ən güclüsü “Bohay Bank”la (Çin) qarşılaşmaların çətin keçəcəyi qənaətindədir.
O bildirib ki, rəqiblərini qiymətləndirmələrinə baxmayaraq, qrup mərhələsini asanlıqla keçəcəklər: “Fikrimcə, “Sollis Nestle”nin dünya çempionu adına yiyələnməsi üçün əla vaxtdır. Düşünürəm ki, buna nail olmaq bizə müyəssər olacaq. Qrupumuz çox güclüdür və ən çətinidir. Düzdür, bütün komandalardan güclü olmasaq da, titul qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Mərhələni də çox güc sərf etmədən keçməliyik”.
Qeyd edək ki, ötən il analoji yarışda da “Rabitə” braziliyalılarla eyni qrupda yer almışdı və 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6) hesabı ilə qalib gəlmişdi. Azərbaycan klubu çempion olduğu halda, rəqib 3-cü yerlə kifayətlənmişdi.

0
0