İtaliyalı məşqçi yığmamızın oyunçusunu komandasına çağırdı - FOTO
20.09.2012 - 11:45
Azərbaycan millisinin daha bir voleybolçusu “Azərreyl”in heyətinə cəlb olunub. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Alessandro Çiappini hücumçumuz Anastasiya Qurbanovanın “dəmiryolçu” olmasını istəyib.
Belə ki, Bakı təmsilçisi yaponiyalı libero Akiko İnonu ikinci komandaları sayılan “Bakı-Azəryolservis”ə göndərdikdən sonra onun əvəzinə 23 yaşlı dioqnal oyunçunu komandaya gətirib. Lakin Qurbanovanın ötən ilki kimi Çempionlar Liqasında “Azərreyl”də, Super Liqada isə sabiq klubunda oynaması da istisna edilmir.
Qeyd edək ki, bununla da “dəmiryolçular”ın heyətindəki voleybolçuların sayı 15-ə çatıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0