Azərbaycan klubu “Fənərbaxça”nı darmadağın etdi
22.09.2012 - 09:18
Azərbaycan klubu “Fənərbaxça”nı darmadağın etdi
Polşanın Vrotslav şəhərində qadın voleybolçular arasında beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Azərreyl” ilk oyununu keçirib.
İtaliyalı mütəxəssis Alessandro Çiappininin yetirmələri Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 3 setdə darmadağın edib - 3:0 (25:17, 25:16, 25:23).