İlk rəqib müəyyənləşdi
04.10.2012 - 14:12
İlk rəqib müəyyənləşdi
Çempionlar Liqasının debütantı olan “Lokomotiv”in hazırlıq məqsədilə iştirak edəcəyi İtaliyadakı beynəlxalq turnirə daha 1 komanda qatılacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq çərçivəsində 3-cü ölkəyə yollanacaq Pyotr Xilkonun komandası İtaliyanın “Pavia” klubu ilə də mübarizə aparmalı olacaq.

Belə ki, təmsilçimizlə yanaşı turnirə qatılacağı gözlənilən “Yamamay”, “Novara” və “Pyaçentsa”ya “Pavia”da qoşulub. Oktyabrın 5-11-də keçiriləcək yarışın ilk günündəki rəqib də məlum olub. “Dəmiryolçular” sabah “Pavia” ilə görüşəcək.