Dünya çempionu 3-cü oldu
07.10.2012 - 09:02
Türkiyədə keçirilən qadın voleybolçular arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” turnirdə son oyununu yerli “Əczaçıbaşı”na qarşı keçirib. Dünya çempionları bu matçda məğlub olublar – 0:3. Bununla da “Rabitə” yarışı 3-cü pillədə başa vurub. Turnirin qalibi isə Moskva “Dinamo”su olub.
0
0