Çempionumuz Qətərə nə vaxt gedir?
08.10.2012 - 13:42
Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” klubunun qadın voleybolçular arasında klubların dünya çempionatına gedəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən il qazandığı dünya çempionu titulunu qorumaq üçün Qətərə yollanacaq təmsilçimiz oktyabrın 11-də vətəni tərk edəcək.
Marçello Abbondanzanın yetirmələri Asiyada ilk sınağına səfərdən 4 gün sonra çıxacaq. A qrupunda yer alan təmsilçimiz oktyabrın 15-də “Sollis Nestle” (Braziliya) ilə üz-üzə gələcək. Ertəsi gün çempionumuz “Bohay Bank” (Çin) klubunu sınağa çəkəcək.

0
0