Təqvim bəllidi
10.10.2012 - 23:10
Təqvim bəllidi
Qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan superliqasının 2012/13-cü illər mövsümünə oktyabrın 18-də I dövrənin oyunları ilə start veriləcək. Apasport.az saytının xəbərinə görə, ötən mövsümdən fərqli, superliqa yeni mövsümdə 4 mərhələdən ibarət olacaq və yarışda mükafatlar uğurunda 7 komanda mübarizə aparacaq ki, onlardan biri də yeni yaranın və "Rabitə"nin baza komandası rolunu oynayan "Telekom"du.

Superliqanın birinci dövrəsi oktyabrın 18-dən dekabrın 18-dək, ikinci dövrəsi dekabrın 21-dən fevralın 18-dək, üçüncü dövrəsi fevralın 22-dən aprelin 4-dək, 4-cü mərhələsi isə 22 fevraldan 4 aprelədək olacaq.

Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında keçiriləcək çempionatın birinci dövrəsinin təqvimi artıq bəllidi:

18 oktyabr

15.00. "Lokomotiv" - "Telekom"
17.00. "Bakı-Azəryol" - "Lokomotiv-Biləcəri"
19.00. "İqtisadçı" - "Azərreyl"


3 noyabr

15.00. "İqtisadçı" - "Lokomotiv-Biləcəri"
17.00. "Telekom" - "Bakı-Azəryol"
19.90. "Rabitə" - "Lokomotiv"


7 noyabr

15.00. "Bakı-Azəryol" - "Rabitə"
17.00. "İqtisadçı" - "Telekom"
19.00. "Azərreyl" - "Lokomotiv-Biləcəri"


10 noyabr

15.00. "Telekom" - "Azərreyl"
17.00. "Rabitə" - "İqtisadçı"
19.00. "Lokomotiv" - "Bakı-Azərreyl"


27 noyabr

15.00. "İqtisadçı" - "Lokomotiv"
17.00. "Azərreyl" - "Rabitə"
19.00. "Lokomotiv-Biləcəri" - "Telekom"


30 noyabr

15.00. "Rabitə" - "Lokomotiv-Biləcəri""
17.00. "Lokomotiv" - "Azərreyl"
19.00. "Bakı-Azərreyl" - "İqtisadçı"


18 dekabr

15.00. "Azərreyl" - "Bakı-Azəryol"
17.00. "Lokomotiv-Biləcəri" - "Lokomotiv"
19.00. Telekom" - "Rabitə"


Superliqada komandalara xalların verilməsi farmatı da ötən mövsümdəkindən fərqli olacaq. Belə ki, reqlamentə görə xallar Çempionlar Liqası turnirində olduğu kimi veriləcək. 3:0 və 3:1 hesablı qələbə qazanan komandanın aktivinə 3, 3:2 hesablı qələbəyə görə isə 2 xal yazılacaq. 2:3 hesablı məğlubiyyətlə üzləşən komandaya cəmi 1 xal verildiyi halda, 1:3 və 0:3 hesabla uduzan komandalara isə xal verilməyəcək.