“Rabitə” Qətərə gedir
11.10.2012 - 16:10
“Rabitə” Qətərə gedir
Azərbaycan çempionu “Rabitə” bu gün səfərə çıxır. Apasport.az saytının məlumatına görə, təmsilçimiz qadın voleybolçuların klublararası dünya çempionatında iştirak etmək üçün Qətərə yollanır.

Bakı vaxtı ilə saat 18:55-də Azərbaycanı tərk edəcək son dünya çempionu turnirə titulunu qorumaq üçün gedir. İtaliyalı mütəxəssis Marçello Abbondanzanın yetirmələri çempionatda ilk oyununu oktyabrın 15-də Braziliyanın “Solis Nestle” klubuna qarşı keçirəcək.