Yığmamızın rəqibinin Ze Roberto xəyalları
11.10.2012 - 17:45
“Milli komandaya əcnəbi mütəxəssisin cəlb olunacağını istisna etmirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ümumrusiya Voleybol Federasiyasının baş meneceri Vladimir Fadeyev deyib.
O, qadınlardan ibarət milli komandanın boş qalan baş məşqçi postu ilə bağlı fikirlərini açıqlayıb.
Segey Ovçinnikovun gözlənilməz ölümündən sonra ona əvəzləyici axtaran şimallılar Azərbaycan yığması ilə eyni qrupda yer aldıqları Avropa çempionatının gələn il keçiriləcək final mərhələsinə hazırlıq üçün baş məşqçi məsələsini tez həll etmək niyyətindədir: “Əsas odur ki, yeni baş məşqçimiz nüfuz sahibi, hörmət qazanmış sima olsun. Üstəlik öz işi haqda da peşəkarcasına düşünsün. Ən əsası isə ona təkcə bizlər deyil, həm də millinin üzvləri hörmət etməlidir. Əgər əcnəbi mütəxəssislərdən kimsə öz namizədliyini irəli sürsə biz buna yerlilərlə bərabər olaraq baxacağıq. Hərçənd şəxsən mən özüm rus məşqçisinin tərəfdarıyam. Lakin hərənin öz fikri var. Bir də ki, Braziliya yığmasının baş məşqçisi Ze Roberto millimizdə çalışmaq istəsə, niyə də olmasın ki”.
Qeyd edək ki, Azərbaycan Rusiya ilə Almaniyanın Drezden şəhərində keçiriləcək C qrupunun oyununu 2013-cü ilin sentyabrın 8-də keçirəcək.

0
0