“Rabitə” həqiqətən də böyük komandadı” - MÜSAHİBƏ
12.10.2012 - 13:13
“Rabitə” həqiqətən də böyük komandadı” - MÜSAHİBƏ
“Rabitə”nin amerikalı voleybolçusu Foluke Akinradevo klublararası dünya çempionatında uğur qazanacaqlarına inanır. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibi ilə birgə yarışın keçiriləcəyi Qətərin paytaxtı Dohada hazırlığını davam etdirən 24 yaşlı blokçu qalib gəlməyin yolunu komanda oyununda görür. Ölkə mətbuatında ilk müsahibəsini saytımıza verən Akinradevo həmçinin Azərbaycan barədə danışıb və “Rabitə”nin seçməsinin səbəbini açıqlayıb.

- Müəyyən müddətdir “Rabitə”nin heyətindəsiz. Azərbaycan barədə təəssüratların necədir?
- Ölkəniz barədə dəfələrlə komanda yoldaşlarımdan eşitmişdim. Amma buraya gəlib, Bakını gördükdən sonra deyə bilərəm ki, yenilənən paytaxtınız çox superdir. Mağazalar, restoranlar, parklar, bir sözlə, hər şey yüksək səviyyədədir.

- ABŞ millisinin aparıcı blokçusunu “Rabitə”yə gətirən nə oldu?
- Əslində, mövsüm bitdikdən sonra agentlər hər bir voleybolçuya müxtəlif klublar təklif edirlər. Mən isə həmişə komandanın tarixinə və qazandığı uğurlara baxıb, qərar verirəm. “Rabitə” həqiqətən də böyük komandadı. Uğurları kifayət qədərdir və hər il iddiasını artıraraq, yeni nailiyyətlərə imza atır. Bunun üçün də həmişə zirvədədir. Mənim seçimin əsl səbəbi də məhz budur.

- Artıq Qətərdəsiz. Turnirə hazırlığınızı necə dəyərlənirirsiz?
- İstanbuldakı beynəlxalq turnirlə müqayisədə uyğunlaşmaq baxımdan çox yaxşı vəziyyətdəyik. Yeni komandayıq, mövsüm öncəsi heyətimiz dəyişib. Lakin artıq yerimizin harada olmasını öyrənməyə başlamışıq. Düşünürəm ki, hər ötən gün komandamız daha da inkişaf edəcək. Bunun üçün ağır işləyirik, müxtəlif taktikaları sınaqdan keçiririk. Bu isə tezliklə öz bəhrəsini verəcək.

- Amma Azərbaycanda sizdən “Rabitə”nin titulunu qorumağı, yenidən Bakıya qızıl medalla qayıtmağınızı gözləyirlər...
- Bilirəm, komandamız mundialın son qalibidir. Hazırda da ulduzlardan qurulmuş super klubumuz var. Əgər öz oyunumuzu tapsaq, istədiyimizi edə bilsək niyə də yenidən çempion olmayaq? Çünki voleybolçularımız hamısı yüksək səviyyədədir və komanda şəklində çalışaraq hər şeyi yaxşı edə bilərik. Düşünürəm ki, bu mümkündür. Özüm də buna çox hazıram.

- Onda mundialda yeni tarix yazıb, ardıcıl ikinci dəfə çempion olacağınıza söz verirsiz?
- Mən ən yaxşısını söz verə bilərəm. Amma çempionluq üçün əlimdən gələni edəcəm. Bunu tək mən deyil, bütün komanda yoldaşlarım istəyir. Azarkeşlərimizi, Azərbaycan xalqını sevindirmək niyyətindəyik.

- Rəqibləri sizin üçün tanış hesab etmək olar. Çünki yarışda mübarizə aparacaq 6 klubdan 2-si - “Lançeras de Katano” (Puerto-Rika) və “Sollis Nestle” (Braziliya) yığmanızın qüvvəsini sınadığı Amerika qitəsini təmsil edir...
- “Sollis Nestle”nu çox güclü rəqib hesab etmək olar. Onların heyətinin əsasını son Olimpiya çempionları olan braziliyalılar təşkil edir və uzun illərdir bir yerdə oynayırlar. Çox sürətli kombinasiyalar qururlar. Digər rəqiblərimiz də yarışa iddialı gəlirlər və çox gərgin oyunlar olacaq. Düşünürəm ki, hər şey “Rabitə” üçün yaxşı olacaq.