Sanya Staroviç: Bizi yalnız qızıl medallar razı salacaq - MÜSAHİBƏ
12.10.2012 - 14:04
“Rabitə” klubunun serbiyalı voleybolçusu Sanya Staroviçin apasport.az saytına müsahibəsi
- 3 gündən sonra dünya çempionatında ilk oyuna çıxacaqsız. Komandanın son durumu barədə nə deyə bilərsiz?
- Hər şey əladı. Əzəli rəqibimiz “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəldiyimiz son yoxlama görüşündə necə oynadığımızı gördünüz. Hər şey plan üzrə gedir. Dohaya da qalib olmaq üçün gəlmişik. Bütün gücümüzdən yararlanıb, Bakıya yenə çempion kimi qayıtmaq istəyirik.
- Rəqiblər barədə nə deyə bilərsiz? Sizcə, onlardan ən güclüsü hansıdır?
- Məşqçilər korpusu lazımı məlumatları toplayıb. Lakin onların oyununu görməmiş dəqiq nəsə deyə bilmərəm. O məlumdur ki, çox güclü komandalara qarşı mübarizə aparacağıq.
- Ötən il “Rabitə” ilə dünya çempionu oldunuz. Bu dəfə isə heyətdə müəyyən dəyişikliklər edilib. Eyni uğuru təkrarlaya biləcəksinizmi?
- Bütün gücümüz səfərbər edəcəyik ki, yenidən bu ada yiyələnək. Əsas məqsəd titulumuzu qorumaqdır.
- 1 il əvvəllə müqayisədə bu dəfə yarış daha gərgin keçəcək. Çünki bütün klublar mundiala əsas heyətlə gəlib. Sizin üçün çempionluqdan başqa hansı yer qənaətbəxş nəticə hesab oluna bilər?
- Xeyr, bizim hədəfimiz yalnız çempionluqdur. Bura da məhz bunu üçün gəlmişik və bizi yalnız qızıl medal razı salacaq. Digər yerlər barədə heç nə fikirləşmirik.
- Yeni transferlər komandaya uyğunlaşa biliblərmi?
- Demək olar ki, hə. Çünki hamısı çox səviyyəli voleybolçulardı. Sadəcə, bir az zamana da ehtiyacımız var ki, hər şey daha yaxşı olsun.
- “Azərreyl”lə son yoxlama matçında meydana ara-sıra daxil oldunuz. Bu nə ilə bağlıdır?
- Düzünü desəm, bilmirəm. Bunu baş məşqçidən soruşmaq lazımdır.
- Bəs mundial ərəfəsində başlayacaq Azərbaycan Super Liqası və oktyabrın sonlarında start götürəcək Çempionlar Liqası barədə nə düşünürsüz?
- Mən artıq Azərbaycan çempionatına öyrənmişəm. Artıq 3 ildir komandadayam. Həm Super Liqa, həm də Çempionlar Liqası çətin keçəcək. Amma məqsədimiz hər 2 yarışda uğurlu çıxış etməkdi. Hər oyunda qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışacayıq. Tək biz yox, “Azəreyl” də, “Lokomotiv” də hər 2 cəbhədə mübarizə aparacaq. Bir sözlə, Super Liqanın bütün komandalarını çox çətin mövsüm gözləyir.

0
0