“Rabitə”: Çempion ol, daha bir tarix yaz!
12.10.2012 - 16:30
Sabah qadın voleybolçular arasında klublararası dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin də qatıldığı mundial 6-cı dəfə təşkil olunur.
Tarixi 21 il öncə başlayan yarış 2 dəfə İtaliya və 1 dəfə Braziliyada baş tutduqdan sonra idman səhnəsindən silinmişdi. Bu izdən 4-cü dünya çempionatı yalnız 2 il əvvəl baş tutdu. Ərəb funksionerlərinin turnirə ev sahibliyi etmək qərarının bunda böyük rolu oldu. 16 ildən sonra bərpa edilən yarışda isə artıq çox şey dəyişdi. Belə ki, ötən əsrdə keçirilən turnirlərdə Braziliya və İtaliya təmsilçiləri mundialda hegamonluq edirdi. Lakin son 2 dünya çempionatı Azərbaycan və Türkiyə üçün uğurlu alındı.
1 il əvvəl estafeti “Fənərbaxça”dan qəbul edən “Rabitə” bu dəfə Qətərə dünya çempionu kimi yollanıb. İkinci dəfə özünü planetin ən nüfuzlu klub turnirində sınayacaq Bakı təmsilçisi “Sao Paulo”nun (Braziliya) titul rekordunu təkrarlayıb, hətta onların bacarmadıqları nailiyyətə də imza ata bilər.
Məsələ ondadır ki, 2 qat dünya çempionu olan yeganə klub kimi tarixə düşən cənubi amerikalılar bu mükafatları ardıcıl qazanmayıb, “Rabitə” isə buna yenə yiyələnməklə daha bir tarix yaza bilər. Lakin komandamız tutulunu qoruya bilməsə belə ardıcıl 2 dəfə bu mötəbər turnirdə oynamış azsaylı komandalardan biri olduğunu artıq təsdiqləyib.
Rəqiblərimizə gəlincə, “Rabitə” qrup mərhələsində “Bohay Bank” (Çin) və “Sollis Nestle” (Braziliya) ilə qarşılaşacaq. Dünya çempionatında Çin təmsilçisi ilk dəfə iştirak edəcəyi halda, digər klub analoji yarışda kifayət qədər təcrübəyə malikdir.
Ardıcıl üçüncü dəfə turnirə qatılan “Sollis Nestle” 2010-cü ildə gümüş, 1 il sonra bürünc medal qazanıb. Ötən il də “Rabitə” ilə eyni qrupda olan braziliyalılar 2:3 (12:25, 25:23, 18:25, 25:23, 6:15) hesabı ilə uduzmuşdular. Bu dəfə də oktyabrın 15-də ilk matçını cənubi amerikalılara qarşı keçirəcək “Rabitə” həmin qələbəsinin təsadüfi olmadığını sübut etməyə çalışacaq. Komandamız 1 gün sonra isə “Bohay Bank”ı Dohaya gəlməyə peşman etmək niyyətindədir.
Qeyd edək ki, “Rabitə” bunadək belə mötəbər turnirə qatılan yeganə Azərbaycan komandası, dünya çempionu olan yeganə klubumuz, Çempionlar Liqasının finalında oynamış yeganə təmsilçimiz olmaqla da tarix yazmışdı.
Sao Paulo, Braziliya (22-27 oktyabr, 1991) – 8 klub
1. “Sao Paulo” (Braziliya)
2. “Kaetano” (Braziliya)
3. “Mladost” (Yuqoslaviya)
Yezi, İtaliya (15-21 noyabr, 1992) – 8 klub
1. “Ravenna” (İtaliya)
2. “Minas” (Braziliya)
3. “Uraloçka” (Rusiya)
Sao Paulo, Braziliya (22-27 noyabr, 1994) – 6 klub
1. “Sao Paulo” (Braziliya)
2. “Parmalat Matera” (İtaliya)
3. BCN Quaruja (Braziliya)
Doha, Qətər (15-21 dekabr, 2010) – 6 klub
1. “Fənərbaxça” (Türkiyə)
2. “Sollis Nestle” (Braziliya)
3. “Foppapedretti” (İtaliya)
Doha, Qətər (8-14 oktyabr, 2011) – 6 klub
1. “RABİTƏ” (AZƏRBAYCAN)
2. “Vakıfbank TTelekom” (Türkiyə)
3. “Sollis Nestle” (Braziliya)

0
0