“Bizi hər üç yarışda zirvədə görəcəklər”
12.10.2012 - 17:20
“Rabitə”nin voleybolçusu Angelina Qrünün apasport.az saytına müsahibəsi
- Almaniya millisinin heyətində Azərbaycana gəlsəniz də, bu dəfə Bakı klubunun şərəfini qoruyacaqsız. Ölkəmiz barədə təəssüratlarınız maraqlıdır…
- Sonuncu dəfə Azərbaycanda 2007-ci ildə olmuşam. O vaxtla müqayisədə çox şey dəyişib. Paytaxtınız çox gözəlləşib. Şəhərin bir çox yerlərində yeni binalar tikilir və insanların yaşayış səviyyəsinin yüksək olduğu görünür. Azərbaycan Super Liqasında çox güclü voleybolçular mübarizə aparırlar. Bunun üçün də yerli çempionat güclənib. Bir sözlə, ölkənizdə hər şey yaxşıdır.
- “Rabitə”nin təklifini qəbul edərkən, çoxmu fikirləşdiz?
- Özüm Bakıya gəlmək istədim. Əvvəlcə necə olacağını bilmirdim, amma sonradan öyrəndim ki, çox güclü komandadır. Əla kollektivləri və baş məşqçisi var. Həmişə yüksək yerlər uğrunda mübarizə aparırlar. Buna görə də “Rabitə”ni seçdim ki, titullar uğrunda vuruşum.
- Amma siz müqavilə bağlayanadək bir çox xarici mətbuat orqanları karyeranızı bitirəcəyinizi və ya yenidən “Dinamo”ya qayıdacağınızı ehtimal edirdi. Hər 2 versiyanın alınmamasının nəsə səbəbi varmı?
- Karyeramı harada davam etdirəcəyimlə bağlı qərara verməmişdən öncə oynayacağım ölkədə təklif olunan şəraiti nəzərdən keçirirəm. Burada yollanacağım məkan, komanda, maliyyə tərəfləri, ailəmin həmin şəhərdə necə yaşayacağı və bir çox digər səbəblər önəmli rol oynayır. Elə qərar qəbul eləmək istəyirdim ki, həm özüm, həm də həyat yoldaşım üçün sərfəli olsun. Yekunda isə bütün bunların “Rabitə”də cəmləşdiyini gördüm. Ərim almandır, rusca bilmirdi ki, Rusiya qalmağım baxımdan nəsə üstünlüyü olsun. Bakıda isə çoxlu sayda xaricilər var, beynəlmiləl şəhərdir. Burada yaxşı mövsüm keçirmək imkanı var. Üstəlik, ölkədə yaşayış səviyyəsi də əladır.
- Artıq Qətərdəsiz. Dünya çempionatından nə gözləyirsiniz?
- Çempion olmalıyıq! Düzdür, mövsüm yeni başlayır, komandada bir çox yeni transferlər var və bir-birimizi yaxşı tanımırıq. Səhvlər buraxırıq. Amma bunların üzərində çalışırıq. Çox güclü heyətimiz var. Lakin heç qrupumuza da zəif demək olmaz. Çinin “Bohay Bank” və Braziliyanın “Sollis Nestle” klublarına qarşı oynayacağıq. Qrupumuz çox çətindir. Hər 2 rəqibimizin fərqli oyun üslubları var. Bunun üçün görüşlər maraqlı və gərgin alınacaq.
- Ulduz voleybolçu kimi hansısa klubu aşkar gücünə görə fərqləndirə bilərsizmi?
- Buna cavab verməyə çətinlik çəkirəm. Düşünürəm ki, qrupumuz çox çətindir. Hər 2 rəqibimizin heyətində yer alan voleybolçular müxtəlif yığmaların şərəfinə qoruyurlar. Məncə, çinlilərlə çox çətin olacaq. Onlar çox cəlddirlər. Asiyalılara qarşı həm müdafiədə, həm də hücumda çox diqqətli olmalıyıq. İlk növbədə qrupdan çıxmalıyıq, bu, vacibdir. Yəni turnirə özümüzə inamımız olması üçün yaxşı başlamalıyıq. Çünki səviyyəli voleybolçulardan qurulmuş komada ilə qalib gəlməyimiz lazımdır. Bizim üçün hər oyun çətin olacaq. İlk görüş isə həmişə təhlükəli olur. Yaxşı oynayıb, qalib gələrik. Bundan sonrasına isə baxacağıq.
- Yığma və klub səviyyəsində bir çox titullara sahib olsanız da, klublararası dünya çempionatında ilk dəfə oynayacaqsız. Yəqin ki, bu yarış həm “Rabitə”nin titulunu qoruması, həm sizin da çempion olmağınız baxımından önəmlidir...
- Əlbəttə. Bu yarış mənim üçün çox maraqlıdır. Çünki tam fərqli turnir, tam fərqli ölkədir. Qətərdə də olmamışdım. Dohaya dünyanın ən güclü voleybol klubları yığılıb. Burada komada şəklində yaxşı çıxış bizim üçün mövsüm öncəsi gözəl stimul olacaq. Bundan yaxşı bəhrələnməliyik.
- “Rabitə” Azərbaycanda ən böyük azarkeş dəstəyinə malik komandalarından hesab olunur. Mundial öncəsi fanatlarınıza nə demək istərdiz?
- Bizə güclü azarkeşlik edin, qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Ümid edirəm ki, çıxış edəcəyimiz bütün turnirlərdə sizi tribunada görəcəyik. Sizi dünya çempionatındakı qələbələrimizlə, ardınca isə Çempionlar Liqası və Super Liqadakı uğurlarımızla sevindirməyə davam edəcəyik.
- Yeri gəlmişkən, son 2 yarış barədə də fikirləriniz maraqlıdır...
- Düşünürəm ki, bizə qarşı çox güclü komandalar oynayacaq. Çempionlar Liqasında 5-6 güclü komanda olur. Yoxlama matçlarında oynadığımız “Azərreyl”, “Bakı-Azəryol”, habelə “İqtisadçı” da çox güclüdür. Yəni Azərbaycan çempionatı da çətin sınaqdır və burada da yaxşı oynamalıyıq. Hələliksə, əvvəlcə Dohada mövsümə inamlı start verməliyik ki, ardınca Çempionlar Liqası və Super Liqada uğurlarımızın davamı gəlsin. Ümid edirəm ki, komandamız artıracaq və azarkeşlərimiz “Rabitə”ni hər 3 turnirdə ən yüksək pillədə görəcəklər.

0
0