Marçello Abbondanza: Əsas məqsədimiz titulu qorumaqdır
15.10.2012 - 08:08
"Bizi burada çox ciddi rəqabət gözləyir. Hər bir oyun xüsusi əhəmiyyət daşıyacaq və azarkeşlər bu görüşlərdən zövq alacaqlar". Bunu apasport.az saytının Dohaya ezam olunan əməkdaşına "Rabitə"nin baş məşqçisi Marçello Abbondanza deyib.
İtaliyalı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi kollektiv klublararası dünya çempionatında yalnız birinci olmağı düşünür.
Dünən ilk turda rəqibləri - "Sollis Nestle" (Braziliya) - "Bohay Bank" (Çin) matçını izləyən Abbondanza hər 2 komanda ilə oyuna nikbin baxır: "Biz buraya dünya çempionu kimi gəlmişik. Əsas məqsədimiz titulumuzu qorumaqdır. Düzdür, komandamızda yeni voleybolçular üstünlük təşkil edir. Lakin onlarının hər birinin təcrübəli olması görüşə əla motivasiya ilə çıxacağımızdan xəbər verir. İnanıram ki, yetirmələrim Azərbaycana uğurla qayıtmaq üçün bütün gücünü meydanda qoyacaq".
Qeyd edək ki, bu gün son dünya çempionu ilk matçında "Bohay Bank"a 3:0 hesabı ilə qalib gəlmiş "Sollis Nestle" ilə qarşılaşacaq.

0
0