“Rabitə” uduzdu, “Fənərbaxça”dan asan qələbə
15.10.2012 - 19:40
"Rabitə" bu gün klublararası dünya çempionatında ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən mundialda Azərbaycan çempionu Cənubi Amerikanın ən güclüsü "Sollis Nestle" ilə qarşılaşıb.
Təmsilçimiz üçün ilk görüş gözlənildiyi kimi çətin keçib. Düzdür, voleybolçularımız birinci setdə rəqiblərinə heç bir şans verməyiblər. Blokda və hücumda inamlı təsir bağışlayan "Rabitə" yekunda sevinən tərəf olub.
Lakin növbəti hissədə əsasını Olimpiya çempionları təşkil edən Braziliya klubu məğlubiyyətdən nəticə çıxararaq, matçda dönüş yaradıb. Uzun müddətdir birgə oynayan rəqib 25:20 hesabı ilə qalib gəlib və setlərin hesabını bərabərləşdirib.
Ötən il "Sollis Nestle" üzərində inamlı qələbə qazanan dünya çempionları növbəti hissədə isə gözlənilən oyunu nümayiş etdirə bilməyiblər. Bunun nəticəsi olaraq, rəqib ardıcıl 2 hissəni aktivinə yazaraq, görüşdən qalib ayrılıb.
"Rabitə" xal qazana bilməsə belə mərhələ adlamaq şansını saxlayıb. Bunun üçün voleybolçularımız sabah Çinin "Bohay Bank" klubuna istənilən hesabla qalib gəlməlidir.
Yeri gəlmişkən, komandamızın məğlubiyyətdə hakimlərin rolu da kifayət qədər olub. Onlar mundial matçında qərarlarını videogörüntüdən sonra bir neçə dəfə dəyişməkdən belə çəkinməyiblər.
15 oktyabr
A qrupu
“Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya) - 1:3 (25:22, 20:25, 19:25, 20:25)
B qrupu
“Fənərbaxça” (Türkiyə) - “Lançeras de Katano” (Puerto-Rika) - 3:0 (25:17; 25:17; 25:13)
Qeyd edək ki, ilk turda A qrupunda “Sollis Nestle” (Braziliya) "Bohay Bank"a (Çin) 3:0, B qrupunda isə “Lançeras de Katano” (Puerto-Rika) “Kenya Prisons”ə (Keniya) 3:1 hesabı ilə qalib gəlib.

0
0