Marçello Abbondanza: Bu, bizim taktikamız idi - MÜSAHİBƏ
15.10.2012 - 23:12
"Rabitə" voleybol klubunun baş məşqçisi Marçello Abbondanzanın apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Klublararası dünya çempionatının ilk matçında "Sollis Nestle"yə qarşı oyuna yaxşı başlasaz da, bunun ardını gətirə bilmədiz. 1:3 hesablı məğlubiyyətə nə səbəb oldu?
- Qarşılaşmanın çətin olacağını bilirdik. Uduzmağımızın əsas səbəbi komanda üzlərinin yeni olmasıdır. Demək olar matçın əsas hissəsində 6 yeni transferə şans verdim. Onların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac var. Düzdür, matça yaxşı başlamışdıq. Lakin sonradan gərginlik yaşandı. Braziliyalıların topu oyuna daxil etmələri və ötürmələri yaxşı alınırdı. Bizdə isə bunlar istədiyimiz səviyyədə olmadı. Bunu da məğlubiyyətimizin əsas səbəblərindən biri kimi qiymətləndirmək olar.
- Aparıcı voleybolçularınızdan olan Sanya Staroviç, İrina Jukova və Mira Qoluboviç kimi oyunçuları ehtiyatda saxlamağınız nə ilə bağlı idi?
- Əlbəttə, lazım olanda dəyişiklər edirdik. Onların ehtiyatda qalmasına gəlincə, bu, bizim taktikamız idi.
- Məğlubiyyət komandanın "Bohay Bank"la oyununa təsir göstərməyəcək ki?
- Xeyr. Biz yarımfinala çıxmaq istəyirik və bunu hamımız gözləyirik. "Sollis Nestle" kimi lazımı, yəni uzun müddət bir yerdə oynamaq təcrübəmiz yoxdur.
- Bu günkü matçda qələbədən başqa yolunuz yoxdur...
- Bunu hamı yaxşı başa düşür və meydana qalib gəlmək üçün çıxacağıq.
- Siz "Sollis Nestle" - "Bohay Bank" matçını izləmisiz. Bu gün rəqibiniz olacaq ikinciləri lazımınca analiz edə bilmisizmi?
- Biz həmin matçda daha çox "Sollis Nestle"nin oyununa diqqət yetirmişdik. Onlara çox fikir vermədik.
Tahir HÜMMƏTOV
Dohadan

0
0