“Azərbaycan çempionu ilə oynamaq bizim üçün fəxrdi”
15.10.2012 - 23:15
"Oyun bizim üçün heç də yaxşı başlamadı. Lakin sonradan matçın gedişini dəyişməyi bacardıq". Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Braziliyanın "Sollis Nestle" klubunun voleybolçusu Jaklin Karvalyo dünya çempionatında "Rabitə" ilə oyundan sonra deyib.
Komandasının kapitanı matçda Azərbaycan çempionun heyətində çəkindiyi oyunçunun adını da açıqlayıb: "Madeleyne Montano bizə çox çətin anlar yaşatdı. Lakin sonda qalib gələn tərəf biz olduq. Matçdan öncə qarşılaşmanın belə gərgin keçəcəyini hamımız bilirdik. Çünki rəqibimiz son dünya çempionları idi. Hazırda isə əsas məqsədimiz yarımfinala hazırlaşmaqdır".
Finalda yenidən "Rabitə" ilə görüşmək ehtimalı olan "Sollis Nestle"nin kapitanı buna yalnız sevinəcəyini deyib: "Niyə də finalda "Sollis Nestle" - "Rabitə" görüşü olmasın? Hər şey ola bilər. Yenidən Azərbaycan çempionu ilə oynasaq, fəxr edərik. Onlar ulduzlardan qurulmuş və titullu komandadır".
Qeyd edək ki, Braziliya təmsilçisi kimi "Rabitə" də yarımfinala yüksələrsə və hər 2 klub bu səddi aşarsa onda çempion onlardan biri olacaq.

0
0