“Rabitə”də səviyyəli voleybolçular cəmləşib”
15.10.2012 - 23:21
“Rabitə”də səviyyəli voleybolçular cəmləşib”
"Rabitə"nin heyətini yaxşı bilirdik. Çünki bu komandada şəxsi olaraq, səviyyəli voleybolçular cəmləşib. Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Braziliyanın "Sollis Nestle" klubunun baş məşqçisi Luizomar de Moura deyib.

Təcrübəli mütəxəssis dünya çempionatında "Rabitə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib: "Biz ilk setdə səhvlərimizdən nəticə çıxardıq. Rəqibimiz çox güclü idi və onların heyətində hər bir voleybolçunun oyununa yaxşı bələd idik. Taktikamızı da buna uyğun qurmuşduq. Oyun gərgin keçsə də, ikinci qələbəmizi qazandığımız üçün xoşbəxtəm. Artıq yarımfinal barədə fikirləşirəm və bu, daha çətin olacaq".

Qeyd edək ki, "Rabitə" çempion olduğu 2011-ci ildə "Sollis Nestle"yə qalib gəlmişdi.