Dünya rekordçusundan Azərbaycan çempionuna 17 xal
15.10.2012 - 23:33
Dünya rekordçusundan Azərbaycan çempionuna 17 xal
Dünya çempionatında "Rabitə" (Azərbaycan) - "Sollis Nestle" (Braziliya) matçının ən yaxşısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalıların 3:1 hesabı ilə qalib gəldikləri görüşdə bombardir adına Fernanda Rodriges yiyələnib.

Rəqibin hücumçusu komandasına 20 xal qazandırıb. "Rabitə"dən isə Madeleyne Montano daha sərrast olub.

Dünya rekordçusu Azərbaycan çempionunun aktivinə 17 xal yazdırmağı bacarıb. Marçello Abbondanzanın digər yetirmələrindən Angelina Qrün 11, Foluke Akinradevo 9, Nataşa Krsmanoviçlə Dobriana Rabadjiyeva hərəyə 8, Sanya Staroviç 5 və Katarjina Skorupa 2 xala sevinib.