“Rabitə” yarımfinalda!!! – YENİLƏNİB
16.10.2012 - 20:37
“Rabitə” yarımfinalda!!! – YENİLƏNİB
Azərbaycan çempionu "Rabitə" bu gün klublararası dünya çempionatının qrup mərhələsində son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Marçello Abbondanzanın yetirmələri Çinin "Bohay Bank" klubu ilə qarşılaşıblar.

Bu oyun hər 2 kollektiv üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki həm "Rabitə", həm də rəqib Braziliya "Sollis Nestle"sinə uduzduğundan istənilən hesablı qələbə onlardan birinin yarımfinal yolunda "yaşıl işıq" yandıracaqdı.

Sevindiricidir ki, son dünya çempionları sensasiyaya imkan verməyərək, asiyalılara yerlərini göstəriblər. Qarşılaşma komandamızın üstünlüyü şəraitində start götürüb. İlk və ikinci texniki fasiləyə (8:4, 16:11) öndə çıxan "Rabitə" birinin setin yekunda 5 xal fərqi ilə qalib gəlib.

İkinci hissə "Rabitə" üçün yaxşı başlamayıb. "Bohay Bank" ardıcıl 3 xala sevinib. Lakin voleybolçularımız lazımı anda toparlanaraq, hesabda irəli çıxmağı da bacarıblar - 4:3. Bunun ardınca daha da ruhlanan Bakı təmsilçisi ilk texniki fasiləyə kimi fərqi 3 topa çatdırıb - 8:5. Növbəti fasilədə isə 16:11 hesabı ilə öndə olan Azərbaycan çempionu bu hissəni də aktivinə yazmaqda çətinlik çəkməyib - 25:22.

Üçüncü set daha gərgin keçib. Məğlubiyyətlə barışmaq istəməyən "Bohay Bank" ilk dəfə texniki fasilələrə üstün çıxıb və bunun nəticəsi olaraq setlər arasındakı fərqi azaldıb - 1:2.

Dördüncü hissədə isə "Rabitə"nin qələbədən başqa yolu yox idi. Çünki matçın taleyini tay-brekə saxlamaq komandamıza baha başa gələ bilərdi. Bunu başa düşən voleybolçularımız əla oynayaraq, çətinliklə də olsa qalib gəliblər - 3:1.

Beləliklə, qrupda 1 qələbə qazanan və 1 dəfə məğlubiyyətə üzülən "Rabitə" 3 xalla yarımfinal mərhələsinə yüksəlib. Komandamızın rəqibi B qrupunun qalibi olacaq.

A qrupu
"Rabitə" (Azərbaycan) - "Bohay Bank" (Çin) - 3:1 (25:20, 25:22, 18:25, 21:20)

1
Sollis Nestle
2
2
0
6-1
6
2
Rabitə
2
1
1
4-3
3
3
Bohay Bank
2
0
2
0-6
0