Boris Bekker Bakıda!
16.10.2012 - 11:03
Dünya tennisinin canlı əfsanələrindən olan Boris Bekker Bakıdadı. Apasport.az saytının məlumatına görə, məşhur almaniyalı idmançı Azərbaycana səfərini “tvitter” sosial şəbəkəsindəki profilində yazıb.
Dünən paytaxtımıza gələn Bekker Bayraq Meydanında çəkdirdiyi şəkillərini paylaşıb. O, hətta şəkillərdən birinə belə şərh verib: “Möhtəşəm şəhər olan Bakıda, dünyanın ən böyük bayrağının altında”.
Xatırladaq ki, 2 dəfə Avstraliyanın açıq çempionatında, 3 dəfə Uimbldonda, 1 dəfə ABŞ-ın açıq çempionatında qalib olan Bekker “Rolan Qarros”da titul qazanmayıb.
6-sı “Böyük Dəbilqə” turnirlərində olmaqla, ümumilikdə 49 titulu olan almaniyalı karyerası ərzində 713 qələbə qazanıb və 214 dəfə uduzub.
Müxtəlif turnirlərdə 25,1 milyon dollarlıq mükafat qazanıb.

0
0