Finala gedən yolda rəqibimiz sabah bilinəcək
16.10.2012 - 21:00
"Rabitə"nin Dohada keçirilən klublararası dünya çempionatının yarımfinalında rəqibi sabah müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, bu, B qrupunda “Fənərbaxça” (Türkiyə) - “Kenya Prisons” (Keniya) matçından sonra bilinəcək.
Rəqibimiz isə çox güman ki, istanbullular olacaq. Çünki türkiyəlilər hazırda qərarlaşdıqları ilk pilləni yalnız 0:3 və ya 1:3 hesablı məğlubiyyət sayəsində əldən verə bilərlər. Bu da inandırıcı deyil. Qrupda yer alan Puerto-Rika təmsilçisi “Lançeras de Katano” isə oyunlarını yekunlaşdırıb və 3 xalla ikinci pillədə qərarlaşıb.
"Rabitə"nin mübarizəni başa vurduğu qrupdan bir gün öncə "Sollis Nestle" də yarımfinala vəsiqə qazanmışdı.
Qeyd edək ki, sabah istirahət edəcək voleybolçularımız 1/2 finala oktyabrın 18-də çıxacaqlar.

0
0