Çinli mütəxəssis “Rabitə”nin qələbəsinin sirrini açıqladı
17.10.2012 - 02:47
"Komandamız "Sollis Nestle" ilə matçla müqayisədə bu dəfə daha yaxşı oynadı. Lakin sonda məğlubiyyətdən qaça bilmədik". Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu klublararası dünya çempionatında "Rabitə"yə məğlubiyyətdən sonra "Bohay Bank"ın baş məşqçisi Vanq Boaquan deyib.
O bildirib ki, 1:3 hesablı məğlubiyyətdə oyunu dəyişmək imkanları olsa da, sonda Azərbaycan çempionu buna imkan verməyib: "Rəqib çox güclü idi. Buna görə də matçın taleyini öz xeyirlərinə həll etdilər. Əsas aparıcı voleybolçumuzun zədələnməsi də oyunumuza təsirini göstərdi. Onun köməyindən yararlana bilmədik. Lakin dünya çempionatı klubumuz üçün əla təcrübə oldu".

0
0