"Onlarla oyun bizim üçün əla təcrübə oldu"
17.10.2012 - 02:50
Qətərdə keçirilən klublararası dünya çempionatında "Rabitə"yə (Azərbaycan) uduzan "Bohay Bank"ın kapitanı Yin Na oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının Dohaya ezam olunan əməkdaşının məlumatına görə, asiyalı voleybolçu 1:3 hesablı məğlubiyyətdə Azərbaycan çempionundan zəif olduqlarını etiraf edib.
Nanın sözlərinə görə, onlar "Rabitə"dən çox şey öyrəniblər: "Rabitə"ni qələbə münasibəti ilə təbrik edirəm. Biz uduzduq. Lakin bu, çox güclü komanda ilə dueldə baş verdi. Onlardan çox şey öyrəndik. Bu bizim üçün əla təcrübə oldu".
Qeyd edək ki, Azərbaycan çempionuna uduzan "Bohay Bank" qrupda sonuncu yeri tutaraq, mundialla vidalaşıb.

0
0