Azərbaycan çempionu üçün serbiyalı qəhrəman
17.10.2012 - 03:01
Klublararası dünya çempionatında "Rabitə" (Azərbaycan) - "Bohay Bank" matçının ən yaxşısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:1 hesabı ilə qələbə qazandığı matçın qəhrəmanı adına Sanya Staroviç layıq görülüb.
Komandamızın qələbəsində böyük pay sahibi olan serbiyalı legioner 20 xalla bombardirlik yarışında birinci olub. Digər voleybolçularımızdan Foluke Akinradevo 16, Dobriana Rabadjiyeva 13, Angelina Qrün 10 və Nataşa Krsmanoviç 9 xal qazanıb.
Rəqibin heyətində isə Xiaotinq Janq daha sərrast olub. O, klubunun aktivinə 15 xal yazdırıb.
Qeyd edək ki, Staroviç "Sollis Nestle"yə 1:3 hesabı ilə uduzduğumuz qarşılaşmada meydana sonda ehtiyatdan daxil olmuşdu.

0
0